Türkiyənin "Göztəpə" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Argentinanın "San Lorenso" klubundan Franko Di Santonu heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Franko ilə 1,5 illik müqavilə imzalanıb.
 
32 yaşlı hücumçu karyerası ərzində İngiltərədə "çelsi", "Blekbern", "Uiqan", İspaniyada "Rayo Valyekano", Almaniyada "Şalke" və "Verder"də çıxış edib. O, Argentina yığmasında 3 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest