"Nike" şirkəti "Mançester Yunayted"in futbolçusu Meyson Qrinvudla əməkdaşlığı dayandırıb. Matc.az xəbər verir ki, buna səbəb ingilis hücumçunun sevgilisinə qarşı zorakılıq etməsi və polis tərəfindən saxlanılması olub.
 
Şirkət tərəfindən edilən açıqlamada, Qrinvudun təcavüzkar davranışının narahatlıq yaratdığı və vəziyyətin yaxından izlənildiyi bildirilib.
 
Model Qarriet Robson sevgilisi, futbolçu Meyson Qrinvudu zorakılıqda ittiham edib. Robson bununla bağlı "instaqram" hesabında məlumat yayıb. Model fotolarını paylaşaraq, Qrinvudun ona fiziki zorakılıq etdiyini bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest