İspaniyanın "Real" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Ferlan Mendi zədələnib.
 
Bu barədə "Marca" nəşri məlumat yayıb. Komandanın məşqində zədələnən Mendi bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
 
Fransalı futbolçu İspaniya kubokunda "Atletik", La Liqada "Qranada" və "Vilyarreal"a qarşı keçiriləcək oyunları buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest