"VAR sistemi ilə bağlı artıq müvafiq təcrübələr var". Matc.az xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik qurumun bugünkü Hesabat Konfransında deyib.
 
O bildirib ki, ötən il AFFA İcraiyyə Komitəsi bununla bağlı yol xəritəsi cızıb: "VAR avadanlığı artıq əldə olunub. Almaniyaya, Polşaya, Türkiyəyə ezamlar olundu. FIFA-nın VAR protokolu oyunun qanunlarına və iştirak qanunlarına əsaslanır. Bizim kiçik devizimiz var: minimal müdaxilə və maksimum fayda. Video-hakim ancaq qol, penalti epizodu, birbaşa qırmızı və ya yanlış vərəqə məsələlərinə baxacaq. Proses üçün kifayət qədər zaman olmalıdır. VAR səhvləri müəyyənləşdirir və ən yaxşı qərarı verir".
 
Stuxlik etiraf edib ki, bu sistem oyunlar zamanı müəyyən ləngimələr yaradacaq: "Azərbaycanda VAR otağı Bakı Olimpiya Stadionunda daha münasib sayılır. Onlayn tanışlıq seminarından sonra üç dəfə Türkiyəyə getdik, Rivada müəyyən addımlar atıldı. Növbəti təlim Azərbaycanda olacaq. Matç saylarına görə, 37 nəfər cəlb olundu. Almaniya şirkətinin bizim üçün tətbiq etdiyi avadanlığın 10 stadionunda quraşdırılması planlaşdırılır. Tofiq Bəhramov adına Respublika stadionu və "Dalğa Arena"da da bu sistem quraşdırılacaq. Fevralın 20-nə bunun reallaşmasını planlaşdırırıq. Amma pandemiyaya görə bir qədər ləngiyəcək. Fevralın sonları və ya martın əvvəllərinə bunu təmin etməyi düşünürük. Bu addımlar yekunlaşdıqdan sonra FIFA tərəfindən sertifikatlar olacaq və ondan sonra martın sonu, aprelin əvvəlinə VAR-ın istifadəsinə başlanılacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest