PSJ çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, heyətdə niderlandlı yarımmüdafiəçi Corcinyo Veynalduma yer verilməyib.
 
Fransa klubu mövsümün əvvəlində "Liverpul"dan heyətinə qatdığı 31 yaşlı futbolçunu "Real"la oyunlar üçün UEFA-ya sifariş etməyib.
 
Veynaldum bu mövsüm PSJ ilə 25 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
 
PSJ ilə "Real" arasındakı ilk matç fevralın 16-da, Fransada olacaq. Cavab matçı isə bir həftə sonra Madriddə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest