Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, ölkə çempionatının V turunun matçları fevralın 8-də və 11-də təşkil olunacaq.
 
Fevralın 8-də öncə meydana "Abşeron" və "Azərreyl" komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra "Murov" - UNEC duelinə start veriləcək.
 
Fevralın 11-də isə II dövrənin son oyunları keçiriləcək. VI turun ilk qarşılaşması saat 16:00-da "Abşeron" – "Murov" komandaları arasında olacaq. Dövrəyə "Azərreyl" – UNEC görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.
 
Hər 2 turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
 
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest