Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Keşlə" doğma meydanda "Qarabağ"la üz-üzə gəlib. İlk oyunda 1:0 hesablı qələbəyə sevinmiş Ağdam klubu cavab matçında darmadağınla qalib gələrək yarımfinala yüksəlib.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunu
11 fevral

"Keşlə" – "Qarabağ" 0:6
Qol: P.Andrade, 9. İ.Vadji, 17; 45. R.Şeydayev, 43-pen; 84. M.Qurbanlı, 78.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov.
Bakı. "ASK Arena", 18:00.
İlk oyun – 0:1.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 6. Franko Flores, 13. Pərviz Azadov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 9. Natan Oduva, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 97. Qurban Səfərov.
Baş məşqçi: Sənan Qurbanov.

Qarabağ: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 25. İbrahima Vadji, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest