FİFA Dç-2022-nin seçmə mərhələsinin pley-off mərhələsində Rusiya millisini əvəz etməyə komanda axtarmayacaq. Matc.az xəbər verir ki, Polşa millisi avtomatik olaraq pley-off mərhələsinin finalına yüksələcək.
 
Baxmayaraq ki, FİFA hələ bu məsələ ilə bağlı yekun qərarını rəsmən açıqlamayıb. Martın 4-də bununla bağlı açıqlama veriləcəyi gözlənilir. Polşa yığması avtomatik olaraq pley-off mərhələsinin finalına yüksələcək və burada İsveç - çexiya cütünün qalibi ilə qarşılaşacaq.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest