"Azərbaycan futbolunu inkişaf etdirmək üçün çoxlu pul və komanda lazımdır". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov klubun rəsmi televiziyasında yayımlanan "Akademiya gündəliyi" verilişində ölkə futbolunun problemləri barədə danışarkən deyib.
 
30 yaşlı yarımmüdafiəçi bildirib ki, Avropada bu idman növünün inkişafı akademiya və meydança sayının çox olması ilə əlaqədardır: "Orada uşaqların məşq etmələri üçün yaxşı imkanlar var. Avropalılar futbolu bizdən çox sevirlər".
 
Milli komandanın üzvü hazırda "Neftçi"nin ən böyük rəqibinin kimliyini də açıqlayıb: "İndi əsas rəqibimiz "Qarabağ"dır. Əvvəllər isə "Xəzər Lənkəran" olub".
 
Mahmudovun sözlərinə görə, futbolu seçməsəydi, iqtisadçı olardı: "çünki riyaziyyatı yaxşı oxuyurdum".
 
İspaniya "Real Madrid"inə azarkeşlik edən təcrübəli oyunçu İngiltərə təmsilçiləri - "Mançester Siti" və "Liverpul"u hazırda dünyanın ən yaxşı komandaları adlandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest