Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, "Sabah" bu turda evdə "Səbail"lə qarşılaşıb. "Bank Respublika Arena"da keçirilən və meydan sahiblərinin 1:0 hesablı qələbəsilə yekunlaşan matç "Sabah"ın bir neçə futbolçusu üçün əlamətdar olub.
 
Qapıçı Yusif İmanov Premyer Liqada ilk oyununu keçirib. Start heyətində yer alan 19 yaşlı qolkiper debüt matçında qapısını toxunulmaz saxlayıb.
 
Yusif kimi komandanın braziliyalı müdafiəçisi Hiqor Qabriel də bu görüşdə yüksək liqada debüt edib. Matça start heyətində başlayan Hiqor sona kimi meydanda olub.
 
Qarşılaşmanın 62-ci dəqiqəsində fərqlənərək komandasına 3 xal qazandıran Kristian Sebalyos isə "Sabah"da qol hesabını açıb. O, buna komandada 8-ci oyununda nail olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest