"Berezutski “Sabah”da yaxşı işlər gördü. Azərbaycan kubokunu qazanmaq çox yaxşı nəticədir"

Rusiya milli komandasının və "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin ölkəsinin mətbuatına açıqlama verib.

Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis "Sabah"dan ayrılan Vasili Berezutski haqda danışıb. O, həmyerlisinin Azərbaycanda yaxşı iş gördüyünü deyib:

"Berezutski “Sabah”da yaxşı işlər gördü. Azərbaycan kubokunu qazanmaq çox yaxşı nəticədir. Çünki orada digərlərindən bir baş üstün olan “Qarabağ” var. Bu mənada, Vasili Berezutskinin “Sabah”da parlaq iş gördüyünü demək olar".

Qeyd edək ki, Vasili Berezutski bir neçə gün öncə ailə vəziyyəti ilə əlaqədar olaraq "Sabah"ın baş məşqçisi postundan ayrılıb:

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest