Ukraynanın "Krivbas" klubunun keçmiş futbolçusu Volodimir Kolesnik Rusiyaya qarşı müharibədə həlak olub. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kolesnik Avdeyevkadakı döyüşlərdə ağır yaralanıb. O, Dneprdəki xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
Daha əvvəl "Qostomel" klubundan Dmitri Martinenko, "Karpatı"dan (Lvov) Vitali Sapilo və "Sluç" klubunun futbolçusu Boqdan Semençuk müharibədə həlak olub.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest