Dünyanın yaşıl meydanlarında yığma komandalar səviyyəsində növbəti yoxlama oyunları keçirilib

Dünyanın yaşıl meydanlarında yığma komandalar səviyyəsində növbəti yoxlama oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının Maltada Latviya millisinə uduzduğu gündə UEFA Millətlər Liqasındakı rəqiblərimiz də sınaq matçına çıxıblar.
 
Belarus yığması Bəhreyn seçməsi ilə qarşılaşıb və minimal hesabla qalib gəlib. Qrupumuzun favoriti göstərilən Slovakiya yığması isə Finlandiya ilə oyundan inamlı qələbə ilə ayrılıb.
 
Qardaş Türkiyə yığması doğma meydanda İtaliya millisiylə münasibətlərinə aydınlıq gətirib. Beş qolun qeydə alındığı bu matçda qonaqlar qələbəyə seviniblər.
 
Qonşu Gürcüstan yığmasının albanlarla qolsuz heç-heçəyə razılaşdığı gündə Ermənistan yığması Norveçlə oyunda 9 cavabsız qola üzülüb.
 
Xorvatiya yığması Bolqarıstana, İngiltərə Fil Dişi Sahilinə, İspaniya İslandiyaya, Fransa millisi isə CAR-a qalib gəlib. Niderland və Almaniya yığmalarının görüşündə isə qalib müəyyənləşməyib.
 
Yoxlama oyunları
29 mart
 
Liberiya – Burundi 1:2
Tacikistan – Qırğızıstan 1:0
Banqladeş – Monqolustan 0:0
Sinqapur – Filippin 2:0
Əfqanıstan – İordaniya 0:1
Syerra Leone – Konqo 2:1
Xorvatiya – Bolqarıstan 2:1
özbəkistan – Uqanda 4:2
Farer adaları – Lixtenşteyn 1:0
Albaniya – Gürcüstan 0:0
Anqola – Ekvatorial Qvineya 0:0
Belarus – Bəhreyn 1:0
Danimarka – Serbiya 3:0
Finlandiya – Slovakiya 0:2
İsveçrə – Kosovo 1:1
Tanzaniya – Sudan 1:1
Toqo – Benin 1:1
Malta – Küveyt 2:0
Norveç – Ermənistan 9:0
Qətər – Sloveniya 0:0
İsrail – Rumıniya 2:2
Avstriya – Şotlandiya 2:2
Belçika – Burkina Faso 3:0
Bosniya və Herseqovina – Lüksemburq 1:0
İngiltərə – Fil Dişi Sahili 3:0
İrlandiya – Litva 1:0
Niderland – Almaniya 1:1
Şimali İrlandiya – Macarıstan 0:1
İspaniya – İslandiya 5:0
Türkiyə – İtaliya 2:3
Uels – çexiya 1:1
Mavritaniya – Liviya 2:0
Fransa – CAR 5:0
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest