Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda "Mes Rafsanjan"la qarşılaşıb. "Traktorçular" bu oyundan qələbə ilə ayrılıblar - 1:0. Bu, təbrizlilərin çox uzun fasilədən sonrakı ilk qələbəsidir. Belə ki, komanda bundan əvvəlki 13 oyunda qələbə qələbə qazana bilməmişdi.
 
"Traktor" 24 turdan sonra 20 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest