"Əldə etdiyimiz qol imkanlarını dəyərləndirsəydik, hesab fərqli olacaqdı. Məğlub olmağımıza baxmayaraq, komandamın mübarizə əzmi, nümayiş etdirdiyi futbol, ortaya qoyduğu xarakter məni qane etdi"

"Son oyunlarda uğurlu seriyamız vardı. Qol buraxmadan ardıcıl qələbələr qazanırdıq. Bu oyunda uğurlu seriyanı davam etdirmək istəyirdik". Matc.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Yığmamız  dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovinaya son dəqiqədə buraxdığı qolla uduzdu – 0:1. Bu barədə danışan çalışdırıcı bildirib ki, nəticə oyuna görə olmayıb: "Komandam xal qazanmaq üçün hər şey etdi. Hesab edirəm ki, nəticə oyuna görə olmadı. Ən ədalətli nəticə bərabərlik idi. Təəssüf ki, ani diqqətsizlikdən 90+4-cü dəqiqədə qol buraxdıq. Əldə etdiyimiz qol imkanlarını dəyərləndirsəydik, hesab fərqli olacaqdı. Məğlub olmağımıza baxmayaraq, komandamın mübarizə əzmi, nümayiş etdirdiyi futbol, ortaya qoyduğu xarakter məni qane etdi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest