Futbol üzrə Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.
 
"Volfsburq" doğma meydanda "Arminiya"nı 4 cavabsız qolla üstələyib. "Herta" isə evdə "Union Berlin"lə görüşdə darmadağına üzülüb.
 
Səfərdə "Qroyter"lə üz-üzə gələn Mönxenqladbax "Borussiya"sı turu inamlı qələbə ilə başa vurub.
 
Beş qolun qeydə alındığı "Köln" – "Maynts" matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. 
 
Lider "Bayern" isə bu turda "Auqsburq"u qəbul edib. Münhen təmsilçisi bu görüşdə minimal hesabla üstün olub.
 
Almaniya Bundesliqası
29-cu tur
 
8 aprel
 
Ştutqart – Borussiya (Dortmund) 0:2
Qol: Brandt, 12; 71.
 
9 aprel
 
Bayern – Auqsburq 1:0
Qol: Levandovski, 82-pen.
 
Volfsburq – Arminiya 4:0
Qol: Nmeça, 11; 38. Arnold, 48. Kruse, 53.
 
Qroyter – Borussiya (Mönxenqladbax) 0:2
Qol: Turam, 18. Plea, 24-pen.
 
Köln – Maynts 3:2
Qol: Skhiri, 60. Lyubiçiç, 78. Kilian, 82 – Burkardt, 14. Onisivo, 55.
 
Herta – Union Berlin 1:4
Qol: Baumqartl, 49-öz qapısına – Haraquçi, 31. Promel, 53. Bekker, 74. Miçel, 85.
 
10 aprel
 
17:30. Bohum – Bayer
19:30. Ayntraxt – Frayburq
21:30. Leypsiq – Hoffenhaym

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest