"Neftçi" Topaz Premyer Liqasının VIII turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi bu gün hazırlıq çərçivəsində ikitərəfli oyun keçirib.

"Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan görüşdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində "Neftçi-2"nin bir neçə üzvü meydana çıxıb.

"Ağlar" və "qaralar"a bölünən komandaların oyununda birincilər qələbə qazanıblar – 3:2. Qaliblərin qollarını Mirabdulla Abbasov, Şöhrət Yusifov və Tural Axundov vurublar. "Qaralar"dan isə Rəşad Eyubov və Kvame Karikari fərqlənib.

Qeyd edək ki, "Qəbələ" – "Neftçi" oyunu oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest