Xorvatiyanin "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç istefaya göndərilib.

Xorvatiyanin "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Kopiç azərbaycanlı futbolçu Mahir Emrelinin də çıxış etdiyi bu komandanı 2021-ci ilin dekabrından çalışdırırdı. O, 5-i yoxlama oyunu olmaqla bu komandanı 19 oyuna çıxarıb. Bu oyunlarda zaqreblilər 13 qələbə qazanıb, 2 heç-heçə ediblər, 4 matçda isə məğlubiyyətə üzülüblər.
 
"Dinamo"ya bu ilin fevralında transfer olunan Mahir Emreli Zaqreb təmsilçisində 6 oyuna çıxıb, 2 qol vurub. Kopiç ötən gün 9-cu turdan təxirə salınmış "Hayduk"la səfər matçında millimizin hücumçusuna 90 dəqiqə şans verib. Lakin komanda bu vacib qarşılaşmadan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
 
Bu nəticədən sonra 66 xala malik "Dinamo" vahid liderliyini qorusa da, "Hayduk" aradakı fərqi azaldıb. üçüncü pillədə qərarlaşmış Split təmsilçisinin 62 xalı var. Zaqreblilərin əsas izləyicisi isə 64 xalı olan "Osiyek"dir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest