Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə daha bir namizəd Bakıya gəlib. Matc.az xəbər verir ki, bunu AFFA-nın rəsmi saytı açıqlayıb.
Bu posta namizədlərdən olan Nikola Yurçeviç ölkəmizdədi. O, AFFA ilə müzakirələr aparacaq .
Xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının XVI turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.