"Qəbələ"nin əvəzedici komandasının sabiq baş məşqçisi Darill Villard Yunanıstanın "Episkopi" klubunun "sükanı arxası"na keçib. Matc.az xəbər verir ki, bu barədə 2-ci Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
39 yaşlı ingiltərəli mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, yeni vəzifəsində Yasminko Veliçi əvəzləyib.
 
Daril Villard 2010-2012-ci illərdə "Qəbələ"yə rəhbərlik edib. Kollektiv onun rəhbərliyi altında əvəzedicilərin çempionatında bürünc və gümüş medallara sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest