Qadın şahmatçılar arasında Azərbaycan çempionatında ilk dəfə medal qazanan Ləman Hacıyeva yarış barədə fikirlərini bildirib. Matc.az xəbər veirr ki, karyerası ərzində ilk dəfə qadınların çempionatında gümüş medala layiq görülən 19 yaşlı şahmatçı nəticənin onun üçün gözlənilməz olmadığını söyləyib:
 
"Əvvəllər ölkə çempionatında dəfələrlə iştirak etmişəm. Amma mükafatçılar sırasında yer almamışam. İlk dəfə gümüş medal qazandığım üçün çox sevincliyəm.
 
Seçmə turnirdə qalib olandan sonra Azərbaycan çempionatında uğurlu çıxış etmək üçün çalışırdım. İlk turda ağ fiqurlarla Xanım Balacayevaya uduzmağıma baxmayaraq, toparlanmağı bacardım. Sonrakı turlarda çox yaxşı oyunlar sərgilədim. Beşinci turda gələcək çempion Gövhər Beydullayeva ilə maraqlı mübarizəmiz oldu. Həmin partiyada qazandığım qələbə məni daha da həvəsləndirdi. Gümüş medal qazanmağım mənə görə gözlənilməz olmadı.
 
Azərbaycan çempionatında qazandığım gümüş medal gələcək karyeramda üzərimdə daha çox işləməyə məcbur edəcək. Reytinqimi artırmalıyam. Daha sonra qadınlardan ibarət əsas yığmada çıxış etmək istərdim. Əlbəttə bunun üçün çox işləməliyəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest