Yığma komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Keşlə" yoxlama görüşü keçirib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi I divizion komandası MOİK-lə qarşılaşıb.

"ASK Arena"da baş tutan görüş elitanın autsayderinin böyükhesablı qələbəsi ilə nəticələnib – 5:1.

"Keşlə"nin heyətində Amil Yunanov dubl edibsə, Azər Salahlı, Andre Klennon və Vaqif Cavadov hərəyə bir dəfə fərqləniblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest