"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, paytaxt klubu qapıçı Elxan Əhmədovla vidalaşıb.

"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, paytaxt klubu qapıçı Elxan Əhmədovla vidalaşıb.
 
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, müqavilə müddəti sona çatan futbolçu ilə yolların ayrılması barədə qərar qəbul edilib.
 
"Səbail" PFK Elxana gələcək karyerasında uğurlar arzu edib. Sözügedən klub daha öncə Nikolas Raysel və Domantas Şimkusla da yollarını ayırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest