"Onlar Azərbaycan futbolunun gələcəyidir. Uşaqlara həmişə hər oyunda və məşqdə özlərini sübut etməyi tapşırıram"

"Qələbə münasibətilə hamını təbrik edirəm. Bu gün əsl futbol nümayiş etdirdikləri üçün futbolçulara təşəkkür edirəm. çünki onlar qarşılarına qoyulan bütün tapşırıqları yerinə yetirdilər. Xüsusən də taktiki cəhətdən. Məhz buna görə də sərfəli nəticə qazana bildik". Matc.az xəbər verir ki, bunu  21 yaşadək futbolçulardan ibarət Azərbaycan tığmasının baş məşqçisi Milan Obradoviç deyib.

Yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Estoniya üzərində 5:0 hesablı qələbə qazanıb. Oyunla bağlı danışan çalışdırıcı futbolçuları ilə fəxr etdiyini söyləyib: "Hesabı tez açmağımız bizə özünəinam qazandırdı. çoxsaylı qol vəziyyətlərimiz oldu.  Oyun daha böyük hesabla başa çata bilərdi. Bununla belə, komandada bəzi fərdi səhvlər də var idi. Məhz buna görə də rəqib qapımız qarşısında təhlükəli vəziyyət yarada bildi. Amma futbolda belə hallar olur. Bunları müzakirə edəcəyik. Amma bu, əsas deyil. Futbolçulara inanıram. Onlar Azərbaycan futbolunun gələcəyidir. Uşaqlara həmişə hər oyunda və məşqdə özlərini sübut etməyi tapşırıram. Arzu edirəm ki, onlar öz klublarına qayıtdıqdan sonra da bunun davamını gətirsinlər. İnanıram ki, onlar daha yaxşı oynaya bilərlər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest