Həmyerlimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da keçiriləcək Lüksemburq - İtaliya qarşılaşmasının baş hakimi olacaq

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb. Matc.az xəbər verir ki, həmyerlimiz 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da keçiriləcək Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest