Qəbələdə təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, qazaxıstanlı yaşıdları ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb.
 
Millimizin hər iki qolunu 57 və 77-ci dəqiqələrdə Ağadadaş Salyanski vurub.
 
Xatırladaq ki, bu komandalar arasında iyunun 7-də keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest