"İnter"in hücumçusu Mauro İkardi uğrunda mübarizə getdikcə qızışır. Matc.az saytı xarici mətbuata istinadən xəbər verir ki, daha bir Avropa nəhəngi onun xidmətində maraqlıdı.

Belə ki, "Barselona" və "Real"dan sonra PSJ də Argentina millisinin forvardını transfer etmək niyyətindədi. Fransızlar onu komanda tarixinin ən yaxşı bombardiri Edinson Kavaniyə layiqli əvəzləyici gözündə görür. "İnter"də kapitanlığı əlindən alınan forvard özü də mövsümün sonunda klubunu tərk etməkdə qərarlıdı.

Qeyd edək ki, Mauro İkardinin "İnter"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest