Avstriyada təlim-məşq toplanışını başa vuran "Qarabağ" Polşaya yollanıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi ötən gecə axşam saatlarında Poznan şəhərinə çatıb.
 
Bu gün axşam komanda Poznan stadionunda məşqə çıxacaq. Bundan başqa, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı nəzərdə tutulub.
 
Sabah UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Lex" - "Qarabağ" matçına Bakı vaxtilə saat 22:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest