"Neftçi" İsraildən daha bir futbolçunu heyətinə qatmaq istəyir. Matc.az "one.co.il" saytına istinadən xəbər verir ki, "ağ-qaralar" İsrailin "Aşdod" klubunda çıxış edən Fares Abu Akellə maraqlanır.
 
25 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə "Neftçi" ilə müqavilə imzalayacağı gözlənilir.
 
"Neftçi" daha əvvəl İsrail klublarından Ataa Caber, Kenni Sayef (hər ikisi "Aşdod") və Qodsvey Donyonu ("Makkabi", Hayfa) transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest