İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında koronavirusa ilk yoluxma halı aşkarlanıb. Matc.az xəbər verir ki, yerli ölkənin milli komandasının müdafiəçisi Lotte Vubben-Moydan götürülmüş analizin nəticəsi müsbət çıxıb.
 
23 yaşlı oyunçu komandanın düşərgəsini tərk edib. Karantinə alınan futbolçu iyulun 11-də Norveçə qarşı keçiriləcək qrup oyununu buraxacaq.
 
Turnirin startından əvvəl yığmanın iki üzvü – Aleks Qrinvud və Ellen Uayt koronavirusa yoluxub.
 
İngiltərə millisi ilk turda Avstriyanı 1:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest