"Qarabağ" bu gün Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündən əvvəl azarkeşlərə müraciət edib.

"Qarabağ" bu gün Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündən əvvəl azarkeşlərə müraciət edib. Matc.az xəbər verir ki, video-müraciətdə azarkeşlərdən saat 20:00-da başlayacaq matça 2 saat öncədən gəlmələri xahiş olunub.
 
Saat 18:30-dan etibarən isə Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq.
 
Polşadakı ilk qarşılaşmada "Lex" qalib gəlib - 1:0. Cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest