"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç bu mövsüm avrokuboklardakı hədəflərini açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan 31 yaşlı futbolçu Xorvatiya mətbuatına açıqlamasında bunları söyləyib:
 
"Hazırkı minimum planımız UEFA miqyaslı istənilən turnirin qrup mərhələsinə vəsiqə qazanmaqdır. Lakin bu turnirin çempionlar Liqasının olmasını istədiyimiz aydındır".
 
Yarımmüdafiəçi Avropanın ən nüfuzlu klub yarışında aparıcı oyunçu kimi çıxış etmək istədiyini vurğulayıb: "çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" bir mövsüm oynayıb. Bu, mənim komandaya gəlişimdən əvvəl baş verib. özüm də əvvəllər Rusiya "Spartak"ında ikən çempionlar Liqasında oynamışam. Həmin vaxt 18 yaşım var idi. Amma arzumu komandanın əsas oyunçularından biri kimi həyata keçirmək istəyirəm".
 
Klubla müqaviləsi bu mövsümün sonunda başa çatacaq Ozobiç gələcək taleyi barədə danışmağın tez olduğunu diqqətə çatdırıb: "Hələlik sağlamam və qalan hər şey tədricən gələcək. "Böyük beşlik"də özümü sınamaq istərdim, amma "Qarabağ"ın mənə uyğun olduğunu da bildirməliyəm. Bir ildən sonra nələrin olacağını demək hələlik tezdir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest