"Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" ciddi itki ilə üzləşib. Matc.az saytı Kipr mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Karol Struski zədələnib.

"Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" ciddi itki ilə üzləşib. Matc.az saytı Kipr mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Karol Struski zədələnib.
 
Bu ayın əvvəlində Polşa klubu "Yagelloniya"dan transfer edilən 21 yaşlı oyunçu komandanın təlim-məşq toplanışı zamanı xəsarət alıb. Polşanın gənclər millisinin üzvünün durumunun ciddi olduğu bildirilib.
 
Artıq Sloveniya toplanışını başa vuraraq Kiprə qayıdan Limassol təmsilçisində Struskinin "Neftçi" ilə ən azı ilk qarşılaşmada iştirakı gözlənilmir.
 
Qeyd edək ki, "Neftçi" ilə "Aris" arasında ilk oyun iyulun 21-də "AEK Aren"da, cavab matçı isə ayın 28-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest