"Neftçi"nin yeni transferi Kenni Sayef "Neftçi TV"yə müsahibə verib. Matc.az həmin müsahibəni təqdim edir:

"Neftçi"nin yeni transferi Kenni Sayef "Neftçi TV"yə müsahibə verib. Matc.az həmin müsahibəni təqdim edir:
 
"Neftçi"nin rəhbərliyi ilə danışdım. Oradakı layihə və komandanı çox bəyəndim. Bir həftədir buradayam, görürəm ki, çox peşəkar klubdur. Belə davam etsək, bu il çox gözəl mövsüm keçirə bilərik. çox yaxşı futbolçu və məşqçi heyətimiz var. 
 
Adaptasiya yaxşı gedir. Həmin vaxt içimdə elə bir hiss var idi ki, mən o addımı atmalıydım. Ona görə də belə bir qərar verdim. İsrail milli komandasında 2 oyun forma geyindikdən sonra ABŞ millisinin uğurları üçün çıxış etməyə başladım. 
 
Hazırlıq çox yaxşı keçir. Addım-addım işləyirik. Mümkün qədər dayanmadan çalışırıq. Ağır məşqlər edirik ki, təkcə mən yox, bütün komanda Kiprdəki oyunda əlindən gələnin ən yaxşısını etmək üçün 100 faiz hazır olsun. Məşqçilər heyətinin bizi ən qısa zamanda Kiprdəki oyuna hazır edəcəyinə inanıram. Düşünürəm ki, indiki halda əvvəlcə komanda kimi inkişaf etməliyik. Bunun üçün çox yaxşı çalışırıq. Dediyim kimi, addım-addım hər şey yaxşı olacaq. 
 
Azarkeşlər səbr etdiklərinə görə onlara minnətdaram. Söz verirəm ki, azarkeşlərə görə meydanda 100 faiz gücümü ortaya qoyacağam. ümid edirəm ki, onların gözlədiklərinin qarşılığını meydanda verə biləcəyik. Azarkeşlərlə görüşü səbrsizliklə gözləyirəm".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest