"Sabah" 2022/23-cü illər mövsümü üçün oyun və məşq geyim dəstlərini təqdim edib. Matc.az xəbər verir ki, paytaxt klubunun yeni mövsüm üçün oyun formaları ağ və qara rənglərdədir.
 
Komandanın ev oyunları üçün nəzərdə tutulmuş forması ağ, səfər forması isə qara rəngdədir. Səfər formasının üzərində oyunçu nömrələri, adları, klubun loqosu və titul sponsorunun adı Masazır gölünün rənginə uyğun olaraq çəhrayı rəngdə verilib.
 
"Nike" şirkətinin istehsalı olan oyun və məşq geyim dəstləri avqustun 1-dən onlayn mağazada satışda olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest