"Neftçi" daha bir transfer edib. Matc.az xəbər verir ki, paytaxt klubu belaruslu hücumçu Yeqor Boqomolskinin keçidini həll edib.
22 yaşlı futbolçu tibbi baxışdan uğurlu keçdikdən sonra onunla 3 il müddətinə müqavilə imzalanıb. 22 yaşlı forvard yeni komandasının heyətində 77 nömrəli formanı geyinəcək.
Minsk "Dinamo"sunun yetirməsi olan Yeqor Boqomolski Belarus yığmasının da üzvüdür. 22 yaşlı futbolçunun sonuncu klubu "Minsk" olub. O, 2021-ci ildən sözügedən komandada çıxış edirdi. Futbolçu bir müddət Brest "Rux"unda da oynayıb. Gənc forvard ölkəsinin əsas milli komandasında 2 oyuna çıxıb.