UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un müdafiəçisi Laşa Dvali Macarıstan klubundan ayrılıb. Matc.az xəbər verir ki, Gürcüstandan olan 27 yaşlı futbolçu Kiprin APOEL klubuna keçib.
 
Bu barədə Nikosiya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
 
Laşa Dvali 2019-cu ildən "Ferentsvaroş"da çıxış edirdi. O, Gürcüstan millisində 22 oyun keçirib, 1 qol vurub.
 
"Qarabağ"ın "Ferentsvaroş"la ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşü isə ayın 9-da Budapeştdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest