Qadın futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, İngiltərə yığması tarixində ilk dəfə qitənin ən güclüsü adını qazanıb.
 
Londondakı "Uembli" stadionunda keçirilmiş final matçında yerli komanda Almaniyaya əlavə vaxtda qalib gəlib – 2:1.
 
Hesabı 62-ci dəqiqədə ingiltərəli Ella Tun açıb. 74-cü dəqiqədə Lina Maqull bərabərlik qolunu vurub və oyunun taleyini əlavə vaxta daşıyıb. 111-ci dəqiqədə isə Kloi Kelli İngiltərə millisinin qələbə topunun müəllifi olub.
 
Yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə Fransanı 2:1 hesabı ilə üstələmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest