Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürüb.

Matc.az xəbər verir ki, turun ilk oyununda Gəncə təmsilçisi “Kəpəz” “Zirə” ilə qarşılaşıb.

“Kəpəz”in Gəncədə ev oyunlarını keçirdiyi stadion qəzalı durumda olduğundan, komanda Premyer Liqada ev oyunlarını Bakıda keçirməli olub. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma fasilə ərəfəsində "Kəpəz" hesaba tarazlıq gətirə bilib. Matça əlavə olunmuş dəqiqələrdə daha bir qol vurmağa nail olan "Zirə", mövsümün ilk matçından qalib ayrılmağı bacarıb.

Turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək.

Azərbaycan Premyer Liqası
1-ci tur
5 avqust

Kəpəz – Zirə 1:2
Qol: M.Erqemlidze, 45+1 - M.Hamdaui, 32. S.Taşkın, 90+4.
Qırmızı vərəqə: D.Çantakias, 83.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
VAR hakimi: Vüqar Həsənli
VAR hakiminin köməkçisi: Rəhman İmami
Bakı. “Dalğa Arena”.

Kəpəz: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov, 2. Zamiq Əliyev, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 24. Mixeil Erqemlidze.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Yaşar Vahabzadə.
Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 64. Mahmud Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest