Bu gün AFFA-nın vitse-prezidentləri Rauf Əliyev və Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev və Texniki direktor Cahangir Həsənzadə Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının üzvləri ilə görüşüblər. Matc.az xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”nın ərazisindəki Milli komandaların məşq mərkəzində keçirilən görüşdə AFFA rəsmiləri çıxış edərək millinin üzvlərinə qarşıdakı məsul oyunlarda uğurlar arzulayıblar. Milli komandanın baş məşqçisi Samir Əliyev AFFA rəhbərliyinin göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.
 
Milli komandamız V İslam Həmrəliyi oyununda avqustun 8-də Səudiyyə Ərəbistanı, 10-da İran, 12-də isə Mərakeş yığması ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest