Futbol üzrə Misli Premyer Liqasında 1-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Neftçi" səfərdə "Şamaxı"nın qonağı olub. Paytaxt təmsilçisi bu oyunda 3 xalı tək qolla qazanıb. Günün digər matçı isə "Sabah"la "Sumqayıt" arasında keçirilib. Meydan sahibləri bu oyunda böyükhesablı qələbə ilə ayrılıblar.

Tura sabah keçiriləcək "Turan Tovuz" – "Qəbələ" oyunu ilə yekun vurulacaq. Daha öncə baş tutmuş oyunlarda "Zirə" "Kəpəz"ə 2:1, "Qarabağ" isə "Səbail"ə 3:1 hesabıyla qalib gəlib.

Misli Azərbaycan Premyer Liqası
1-ci tur
7 avqust

Şamaxı – Neftçi 0:1
Qol: E.Mahmudov, 80.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.

Şamaxı: 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 55. Adil Nağıyev, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 11. Kamran Quliyev, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 21. Qurban Səfərov.
Baş məşqçi: Vüqar Əsgərli.
Neftçi: 30. Aqil Məmmədov (k), 17. Rəhman Hacıyev, 26. ömər Buludov, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 7. Azər Əliyev, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Ehtiyat oyunçular: 94. Əlirza Müştəbazadə, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 97. Elşad Tağıyev, 84. Hüseyn Babayev, 71. Cavanşir Şahbazlı, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 24. Yusuf Laval.
Baş məşqçi: Laurentsiu Regekampf.

Sabah – Sumqayıt 3:0
Qol: A.Nuriyev, 28. C.L.Mikels, 53. K.Sebalyos, 90+5.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Cavid Cəlilov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Masazır. "Bank Respublika Arena".

Sabah: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulah Xaybulayev, 5. İdris İnqilablı, 8. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Sumqayıt: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe çabi, 5. Stiven Pereyra, 70. Ouro-Nil Ture, 22. Damian Daniçiç, 37. Alya Ture.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 3. Vurğun Hüseynov, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet.
Baş məşqçi: Aleksey Baqa.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest