23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarda bu gün son oyununu keçirib. Matc.az xəbər verir ki, millimiz bürünc medallar uğrunda qarşılaşmada Əlcəzair yığma komandası ilə üz-üzə gəlib.
 
Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən milli komandamız yekun nəticədə 4:3 hesablı qələbə qazanaraq turnirin bürünc medallarına sahib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest