"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Patrik Andrade yeni klubu "Partizan"da ilk qolunu vurub. Matc.az xəbər verir ki, Belqrad təmsilçisi dünən Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Maltanın "Hamrun" komandasını qəbul edib.
 
Oyun 4:1 hesabı ilə Serbiya təmsilçisinin xeyrinə başa çatıb. Andrade 30-cu dəqiqədə 3-cü qolun ötürməsini edib. 77-ci dəqiqədə isə Kabo Verdedən olan 29 yaşlı futbolçu matçda son nöqtəni qoyub.
 
Andrade 2020-22-ci illər aralığında "Qarabağ"da oynayıb. O, bu yay müqaviləsinin müddəti başa çatdıqdan sonra Ağdam klubundan ayrılıb və "Partizan"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest