Futbol üzrə Ukrayna Premyer Liqasının 1-ci turu çərçivəsində bu gün keçirilmiş "Rux" - "Metallist" oyunu yarımçıq dayandırılıb. Matc.az xəbər verir ki, buna oyunun keçirildiyi Lvovda hava həyəcanı siqnalının işə düşməsi səbəb olub.
 
Futbolçular, məşqçilər korpusu və stadionun bütün işçiləri dərhal arenadakı sığınacağa toplaşıblar. Həmin vaxt qarşılaşmada hesab bərabər olub - 1:1. Baş hakim görüşü birinci hissənin əlavə olunmuş dəqiqələrində dayandırıb.
 
Oyun müəyyən fasilədən sonra bərpa olunsa da, ikinci hissənin əvvəlində (51) və matçın sonlarında (77) daha iki dəfə həyəcan siqnalı işə düşüb və yenə matçda fasilə yaranıb. Bütövlükdə fasilələr 1 saatdan çox çəkib. Amma matçı yekunlaşdırmaq mümkün olub. Sonda "Metallist" "Rux"a səfərdə 2:1 hesabıyla qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest