Futbolun İnkişaf Fondu (FİF) "Kəpəz" Futbol Klubuna dəstək olmaq və cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etməsinə şərait yaratmaq üçün "Kəpəz 100k" layihəsini (www.kapaz100k.az) ərsəyə gətirib. Matc.az xəbər verir ki, layihə "Kəpəz" PFK üçün 100.000 AZN ianə toplamaq məqsədi daşıyır.
 
Veb platformada real futbol meydançası ölçülərinə uyğun olan 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 pikselin qiyməti 15 AZN təşkil edir. 1, 4, 9 və 16 saydan ibarət olan piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.
 
ölkənin ən titiullu klublarından olan "Kəpəz"ə dəstək məqsədilə ianə edərkən əldə etdiyiniz piksellərə öz şəklinizi yerləşdirə bilərsiniz. İanəçilərin fotolarından ibarət stadionun şəkli klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq.
 
Xatırladaq ki, Futbolun İnkişaf Fondu daha öncə "Turan Tovuz" üçün də eyni kampaniyaya start vermişdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest