Tovuz və Qazax rayonlarında yeni ağır atletika idman zalları idmançıların istifadəsinə verilib. Matc.az xəbər verir ki, yeni zallarda “Uğur” (Tovuz) və “Göyəzən” (Qazax) ağır atletika klublarının idmançıları təcrübəli məşqçilərin rəhbərliyi altında müxtəlif yaş qrupları üzrə sistemli məşqlər keçirlər.
 
Məşq zalları yüksək standartlara uyğun avadanlıqlarla təchiz olunub. Zövqlə dizayn edilmiş zallarda körpücüklər, məşq üçün dəstlər, fiziki hazırlığı yüksək səviyyədə saxlamaq üçün avadanlıqlar yerləşdirilib. Yeni idman zallarda havalandırma sistemləri qurulub, paltardəyişmə, duş kabinaları, sauna otaqları, məşqçilərin iş otaqları yaradılıb, idmançıların istirahəti və bərpa prosesi üçün hər cür şərait formalaşdırılıb.
 
Bölgələrdə ən müasir standartlara cavab verən ağır atletika zallarının istifadəyə verilməsi bu idman növünün gənclər arasında populyarlaşmasını təmin edir. Maddi-texniki bazanın yaxşılaşdırılması artıq ağır atletika ilə məşğul olmaq istəyənlərin sayını artırıb. Bölgələrdə yeni idman zallarının açılması ağır atletlərin müxtəlif səviyyəli yarışlara, o cümlədən beynəlxalq turnirlərə hazırlığını təşkil etməyə, o cümlədən yığma komandaların təlim-məşq toplanışlarının daha yaxşı təşkil olunmasına imkan verir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest