03 Oktyabr 2022, 00:14
DÖYÜŞ NÖVLƏRİ
Tiranada keçirilən açıq Albaniya çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, Azərbaycan millisi 2 gün davam edən G2 kateqoriyalı yarışı 6 medalla başa vurub.
Komandamızın heyətində Qaşım Maqomedov (58 kq), Taleh Süleymanova (80 kq) və Patimat Abakarova (49 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər. Yalnız finalda məğlub olan Minayə Əkbərova (46 kq) ikinci yeri tutub.
Həmidrza Sədri (58 kq) və Sona Ağayeva (46 kq) isə bürünc medalla kifayətləniblər.
Yekunda Azərbaycan millisi kişi taekvondoçuların medal siyahısında komanda hesabında birinci, qadınlarda isə üçüncü yerə sahib olub.
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Ramal Camalov isə çempionatın ən yaxşı referilərindən biri seçilib.