Fransa çempionatında (Liqa 1) 9-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

“Trua” – “Reyms” və “Oser” - “Brest” matçlarında qalib müəyyənləşməyib.  “Ayaçço” evdə “Klermon”a uduzubsa, “Tuluza” “Monpelye”ni, “Loryan” isə “Lill”i məğlub yola salb. “Nant” səfərdə “Monako”ya böyük hesabla məğlub olub. Lion “Olimpik”i isə “Lans”la səfər matçında xalsız qalıb.

9 turdan sonra 25 xala malik PSJ vahid liderdir. Bu komandanın ən yaxın izləyicisi 23 xalı olan Marsel “Olimpik”idir. “Loryan” 22 xalla 3-cü, “Lans” 21 xalla 4-cü, “Monako” 17 xalla 5-cidir.

Fransa, Liqa 1
9-cu tur
30 sentyabr

Anje – Olimpik (Marsel) 0:3
Qol: Klauss, 35. L.Suares, 50. Jerson, 59.

1 oktyabr

Strasburq – Renn 1:3
Qol: Diallo, 72-pen – Kalimuendo, 38. Terrye, 49. Quiri, 61.

PSJ – Nitsa 2:1
Qol: Messi, 29. Mbappe, 83 – Laborde, 47.

2 oktyabr

Loryan – Lill 2:1
Qol: Diakite, 9-öz qapısına. Le Bris, 87 – David, 78.

Ayaçço – Klermon 1:3
Qol: Avinel, 70 – Kyei, 11. Raşani, 89. Dossu, 90+1.

Oser – Brest 1:1
Qol: Nyanq, 86-pen – Slimani, 64.

Tuluza – Monpelye 4:2
Qol: Spirinqs, 18. Abuxlal, 24. Şaibi, 31. Dejaqer, 48 – Kotsa, 7. Vahi, 68.

Trua – Reyms 2:2
Qol: Odobert, 51. Poroso, 90 – Baloqun, 13. İto, 54.

Monako – Nant 4:1
Qol: Embolo, 2. Ben Yedder, 6; 28; 62 – Henrike, 79-öz qapısına.

Lans – Olimpik (Lion) 1:0
Qol: Sotoka, 82-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest