15 Avqust 2026, 15:08
FUTBOL
Almaniyalı qapıçı Stiven Benda azad agent statusu ilə "Nottinqem"ə keçib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə 1 il üçün nəzərdə tutulub və buna əlavə olaraq əməkdaşlığın daha 1 il uzadılması barədə bənd var.
Qeyd edək ki, Benda "Ştutqart"ın yetirməsidir, lakin əsas komandada çıxış keçirməyib və 2014-cü ilin yayında klubu tərk edib.
Karyerası ərzində almaniyalı qapıçı "Ştutqart" (gənclər komandaları), "Haydenhaym", "Münhen 1860", "Suonsi", "Suindon", "Piterboro", "Fulhem", "Miluoll" və "Feyenoord" kimi komandaların qapısını qoruyub.













