15 Avqust 2026, 14:29
FUTBOL
"Milan"ın sağ müdafiəçisi Zakari Atekame karyerasını "Lion"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, söhbət 2026/27 mövsümünün sonuna qədər olan icarə müqaviləsindən gedir. İcarə müqaviləsində satınalma variantı nəzərdə tutulmayıb.
Qeyd edək ki, ötən yay "Milan" Atekameni "Yanq Boyz"dan 10 milyon avroya transfer etmişdi. Lakin 21 yaşlı isveçrəli İtaliyada özünü göstərə bilməyib və ötən mövsüm bütün turnirlərdə keçirdiyi 29 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Atekamenin aktivində İsveçrənin U-21 gənclər millisinin heyətində 17 oyun var.













